“FourFourTwo”nun siyahısında 1-ci yeri tutdu

9.04.2022 20:20 560
Dünya futbolu
“FourFourTwo” XXI əsrdə ən yaxşı 100 futbolçunun siyahısını açıqlayıb.

Böyük Britaniyanın populyar idman nəşrinin siyahısında 1-ci yerə Lionel Messi layiq bilinib. PSJ-nin argentinalı hücumçusundan sonrakı iki yeri “Mançester Yunayted”in portuqaliyalı forvardı Kriştiano Ronaldo ilə “Vissel Kobe”nin ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta tutub. Reytinq cədvəlində ilk “10-luğ”a düşənləri də nəzərinizə çatdırırıq: Xavi Ernandes, Ronaldinyo, Zinəddin Zidan, Tyerri Anri, Manuel Noyer, Kaka, Luis Suares.