Canluici Buffon hazırda dünyanın ən yaxşı 5 qapıçısının adını açıqlayıb.
44 yaşlı əfsanəvi italiyalı əlcək sahibi hazırda İtaliyanın B seriyasında çıxış edən ''Parma''nın şərəfini qoruyur və onun bu klubla 2024-ə qədər müqaviləsi var. Buffon 5-ci pilləyə ''Milan''ın fransalı qapıçısı Mayk Menyanı, 4-cü pilləyə ''Atletiko''nun təcrübəli üzvü Yan Oblakı qoyub. 3-cü pilləyə ''Bavariya''lı Manuel Noyer, 2-ci pilləyə PSJ-nin şərəfini qoruyan həmyerlisi Canluici Donnarummanı seçib. Buffonun fikrincə hazırda dünyanın ən yaxşı qapıçısı isə ''Real''ın belçikalı üzvü Tibo Kurtuadı.