• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lunyovun gedişi birmənalı qarşılanmadı: “Nə edirsiz-edin, təki Şahruddini geri gətirməyin”

Premyer-liqa / Manşet

7-06-2024, 23:0

Bilindiyi kimi, “Qarabağ” srağagün rusiyalı qapıçı Andrey Lunyovla vidalaşdı.

Bu həm də ötən mövsümün əvvəlində futbolçuyla imzalanan “1+1” illik müqavilənin yenilənməməsi deməkdi. Düzü, qolkiperin həm Azərbaycan, həm də Avropa səviyyəsində uğurlu olduğunu demək mümkündü. Hər halda, onun “köhlən atlar”ın şərəfini qoruduğu müddətdəki göstəriciləri haqda dəfələrlə yazmışıq. Amma çatışmazlıqları da az deyil. Qısası, o, sabit çıxış etməkdə çətinlik çəkən qapıçılardandı. Təbii ki, bu üzdən hansısa matçda ciddi sınaqlardan üzüağ çıxsa belə, növbəti oyunda yol verdiyi səhvlər bir çox uğurunun kölgədə qalmasıyla nəticələnir. Belədə onun haqda konkret fikir yürütmək də xeyli çətin olur. Adam bilmir üstünlüklərinə görə tərifləsin, yoxsa çatışmazlıqlarını göz önünə gətirib mühakimə etsin. Reallıq odu ki, “Qarabağ” azarkeşləri hazırda onun gedişi ilə bağlı fərqli düşüncədədi. Gedişinə görə üzülənlər də var, “nəhayət, canımız qurtardı” deyib sevinənlər də. Və ikincilərin sayının daha çox olması sirr deyil. Bunu “Qarabağ”ın qapıçının yola salındığını elan etdiyi, sosial şəbəkə hesabında yer alan paylaşımın “rəy” bölməsində yazılanlardan anlamaq olur. Hansı fikirlərin səsləndirildiyini öyrənmək istəyirsizmi? Görək, “Qarabağ” tərəfdarları Lunyovun gedişini necə qarşılayıb?

Ələddin Rüstəmli:

“Braqa” və “Bayer-04” ilə oyunlarda çox kobud səhvlərə yol verdi. Şahruddinin gözlənilməz səhvləri olmasa, Lunyovdan qat-qat güclü qapıçıdı. “Qarabağ” “Zirə”nin qolkiperini alsa, yaxşı olar. Lunyovu itki saymaq gülüncdü”.


Şahin Ələkbər:
“Qarabağ”ın ən yaxşı dönəmində heyətdə yer aldın. Buna görə həmişə xatırlanacaqsan. Amma böyük oyunlar üçün hazır deyilsən, Lunyov! Daha güclü qapıçıya ehtiyacımız var”.


Cavid Ramazanov:
“İstənilən halda sənə təşəkkür edirik, Lunyov! Həlledici oyunlarda özgüvənli çıxışınla diqqəti çəkdin. “Braqa” və “Bayer-04” kimi rəqiblərdən çəkinmədin. Səni həmişə yaxşı xatırlayacağıq”.
Ceyhun Abbaslı: “Bizi “Şahruddin sindromu”ndan xilas edib “Qarabağ”ın uğurlarında pay sahibi olduğun üçün təşəkkür edirik, Lunyov”.


Vüqar İmanov:
“O qədər də güclü qapıçı deyil. Lakin o gələndən sonra futbolçularda özünəinam artdı. Daha rahat şəkildə irəli atıla bilirdilər. Bu, futbolda çox vacibdi”.


Şahmar Müəllim:
“Nə edirsiz-edin, təki Şahruddini geri gətirməyin. Baxmayaraq ki, “Şah” Lunyovdan daha güclü qapıçıdı.


Vüqar Hüseynov:
“Qurtarışıyla hansısa oyunun taleyini həll etmədi. Sıradan bir qapıçı idi. Nə çox kobud səhvi oldu, nə də qeyri-adi seyvi”.


Cavid Məmmədov:
“Əvvəl çox gözəl başladı. Düşünürdüm ki, “Qarabağ” artıq qapıçı problemini həll etdi. Lakin sonradan başlayan eniş dalğasının önünə kəsmək mümkün olmadı. Lunyov toparlanmaqda çətinlik çəkdi. Sanki klubdan ayrılmaq istəyirdi”.


Ağabala Kərimli:
“Lunyov Şahruddinin səhvlərini təkrarlamırdı deyə güclü kimi göründü. Amma “Şah”ın seyvlərinin heç birini təkrarlaya bilmədi. Ortabab qapıçıdı”.


Babək Rüstəmzadə:
“Allah yolunu açıq eləsin, amma oyundakı xarakteri xoşuma gəlmirdi. Kollektivə qarşı soyuq idi. “Qarabağ”da indiyə qədər çox futbolçu forma geyib. Lakin Lunyov qədər soyuqqanlısını ilk dəfə gördük. Komandanın “Braqa” və “Bayer-04”ə qarşı oyunlarda qazandığı uğurlar zamanı qeydə alınan kadrlara baxın. Hamı sevinir, Lunyov isə buz kimi! Belə mənzərə “Qarabağ” azarkeşləri üçün xoş deyildi”.


Kənan Qurbanlı:
“Lunyov komandaya bağlana bilmədi. Uyğunlaşmağa çalışmadı. Sanki günlərini sayırdı...”


Gündüz Eldaroğlu:
“Düzgün qərardı. Bəzi davranışları “Qarabağ”a yaraşmırdı. Ayrılması yaxşı oldu...”


“Qarabağ”ın Çempion Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacağını bilirik. Bu, ağdamlıların qrupa düşmək ehtimalını artırır. Və “köhlən atlar” Avropada ötən mövsümdəkindən daha irəli getmək istəyirsə, tarixinin ən güclü qapıçısını gətirməyə məcburdu. Görəsən, Qurban Qurbanov nə düşünür? Bunu bilmək üçün bir neçə gün gözləməyə dəyər!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-06-2024, 21:0

Lunyovun gözlənilən və gözlənilməz gedişi: kimdi günahkar? - TƏHLİL

Manşet / Yazarlar

10-04-2024, 16:0

“Abbasqulu bəyin nazıyla çox oynamağa” dəyməz! - REPLİKA

Ölkə futbolu / Manşet

15-04-2024, 09:0

"Qarabağ"ın Lunyovla bağlı qərarı bəlli oldu - yola salınır

Ölkə futbolu / Manşet

12-04-2024, 10:0

"Hadisələrin axarı klubun Lunyovla yolları ayırmasıyla nəticələnəcək" - "Qarabağ"ın sabiq qapıçısı

Ölkə futbolu / Manşet

17-04-2024, 15:0

“Qarabağ” Lunyovla müqavilə müddətini birtərəfli qaydada uzadacaq? – ruslar FİFA-ya üz tutdu

Premyer-liqa / Manşet

20-05-2024, 20:0

“Səsli mesajdan bir az daha artığına layiq idim” - Lunyovun agenti qəzəbli vida mesajı yaydı

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 248
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə