• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Siyasət Əsgərov: “Azarkeşlər ayın 12-si komandanı tək qoymasınlar”

Yığma / Manşet

6-06-2024, 15:0

Srağagün qadın futbolçulardan ibarət yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsində evdə Türkiyəyə 1:0 hesabıyla qalib gəldi.

Qardaş ölkənin komandası üzərində qazanılan qələbə yığmamızın pley-offda oynamaq şansını bir qədər artırdı. Doğrusu, Macarıstan da qrup lideri İsveçrəyə qalib gəldiyinə görə hazırda hər iki milli 4 xala malikdi. Ancaq şəxsi oyunlardakı avantaja görə macarlar 3-cü pillədə yer alıb.

Həm qələbə, həm qrupun digər matçındakı gözlənilməz nəticə, həm də rəqiblərin ümumi potensialıyla bağlı yığmanın çalışdırıcısı Siyasət Əsgərovla danışdıq:

“Doğrusu, birinci oyunda da xal qazanmaq istəyirdik. Lakin təəssüf ki, Ərzincandan xalsız döndük. Bir də sıxıntımız orda hakimlərin verdiyi problemli qərarlarla bağlı idi. Buna baxmayaraq, 1-ci hissədə olmasa da, 2-ci yarıda komanda şəklində çox yaxşı mübarizə aparmışdıq. Bu qarşılaşmaya gəlincə, bizə heç 1 xal da sərf etmirdi. Bu üzdən qalib gəlməyə məcbur idik. Ona görə də bütün qüvvəmizlə bu görüşə köklənmişdik. Bu görüşə fərqli sistemlə çıxdıq. Hər iki hissədə fərqli sistemlə oynadıq. Həm də təhlil etdik ki, rəqibin müəyyən boşluqları var, həmin boşluqlardan necə yararlana bilərik. Doğrudan da, oyun baxımından komanda kimi biz daha yaxşı mübarizə apardıq. Qızlarımıza təşəkkür düşür. Nəinki yaxşı mübarizə apardıq, ümumiyyətlə, möhtəşəm xarakter və əzmkarlıq göstərdik. Son saniyələrə qədər meydanda vuruşan Azərbaycan milli komandası var idi. Matçın sonunda da ortaya gözəl bir nəticə çıxdı. Qrupdakı digər oyunun nəticəsinə gəlincə, çox üzüldüm. Nəyə görə? Düşünürdük ki, İsveçrə Macarıstandan da 3 xal alar. Onda Macarıstanda 1, bizdə 4 xal olurdu və bu nəticə pley-offa getmək şansımızı artırırdı. Amma bu futboldu, burda hər şey olur. Macarıstan 1:0 hesabla qələbə qazandı, İsveçrənin uzatma dəqiqələrində penalti şansı da var idi. Qola çevirsəydilər, yenə də bizim üçün çox yaxşı nəticə sayılırdı. Fəqət onlar bu fürsətdən yararlana bilmədilər. Doğrudan da, buna görə üzüldüm. Amma yenə deyirəm, sadəcə, önümüzə baxmalıyıq. İyulun 12-də evdə Macarıstanla çox önəmli görüşümüz var. İnşallah, çalışacağıq ki, maksimum nəticə qazanaq. Həqiqətən də 3 xal ala bilmək üçün əlimizdən gələnin daha artığını edəcəyik. Çünki qalib gələcəyimiz halda pley-off şanslarımız daha çox olur. Kəsəsi, 3 xala köklənmişik. Fürsətdən istifadə edib, sizin vasitənizlə azarkeşlərə səslənirəm. Ayın 12-si komandanı tək qoymasınlar, tribunada olsunlar. Türkiyə ilə matçda məhdud azarkeş kütləsi var idi. Amma həmin azarkeşlər həqiqətən də bizim üçün önəmli rol oynadı. Onlar 12-ci oyunçu funksiyasını yerinə yetirərək, son ana qədər bizi dəstəklədi. Bu isə bizə çox kömək oldu. Ümid edirəm ki, 12-də keçiriləcək qarşılaşmada daha çox azarkeş olacaq və bu məqam qələbəmizə kömək edəcək”.

89-cu dəqiqədə vurduğu qolla komandaya 3 xalı qazandıran Nigar Mirzəliyeva da görüş haqda düşüncələrini bölüşdü:
“Türkiyə ilə oyun çox yaxşı keçdi. Qələbə qazandığımıza görə çox sevinirik. Qələbə qolunu vurduğuma görə də çox xoşbəxtəm. Düşünürəm ki, Türkiyə yığmasına səfərdəki matçda da qalib gələ bilərdik. Sadəcə, əlimizə düşən şanslardan yararlana bilmədik. Bir səhv ucbatından məğlub olduq. Bakıya qayıdanda səhvlərimiz üzərində çalışdıq. Öz oyunumuzu və rəqibi təhlil etdik. Dünənki oyunda nələri bacardığımızı hər kəsə göstərdik. Özümə və komandama inanırdım. Macarıstan ve İsveçrə ilə oyunlar bizim üçün çox önəmlidi. Çalışacağıq ki, məğlub olmayaq. Hesab edirəm ki, macarlardan xal götürə bilərik. Qrupdan çıxmaq şansımız böyükdü. Bunun üçün nə lazımdırsa, onu da edəcəyik. Əlimizdən gələn heç bir şeyi əsirgəməyəcəyik”.


AÇ-2025-in seçmə oyunu
B liqası, 1-ci qrup

1. İsveçrə 4 3 0 1 9-3 9
2. Türkiyə 4 2 0 2 4-5 6
3. Macarıstan 4 1 1 2 4-5 4
4. AZƏRBAYCAN 4 1 1 2 2-6 4

4 iyun
AZƏRBAYCAN – Türkiyə 1:0
Macarıstan – İsveçrə 1:0

12 iyun
Türkiyə - İsveçrə
AZƏRBAYCAN – Macarıstan

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

1-04-2024, 15:0

“Məqsədimiz hər iki oyunda minimum 1 xal qazanmaqdı” – Siyasət Əsgərov nəyə sevinir?

Yığma

5-03-2024, 17:0

"Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq" - Siyasət Əsgərov

Yığma / Manşet

9-04-2024, 19:0

Millimiz İsveçrəyə darmadağın oldu - YENİLƏNİB

Aktual
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
Son xəbərlər
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə