Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxıb.
"Football-plus.az” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb. Görüşdə hesab açılmayıb. Penaltilər seriyasında isə qazaxıstanlılar güclü olub - 7:6.
Bununla da, millimiz turnirə erkən vida edib.
Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.