"Səbail" futbolçusu Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, onunla yeni - 2 illik müqavilə bağlanıb.
2022-ci ildən "dənizçilər"in formasını geyən 24 yaşlı qapıçı ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.
"Səbail" futbolçusu ilə yeni müqavilə bağladı
Ölkə futbolu






