"Səbail" Adil Nağıyevi də yola saldı

5.06.2024 11:55 138
Ölkə futbolu
"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Adil Nağıyevlə müqavilənin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, Adil Nağıyev 2019-cu ildən "dənizçilər"in uğurları üçün çalışıb. Klub daha əvvəl Ağabala Ramazanovla da vidalaşıb.