"Səbail" onunla da müqaviləni uzatdı

2.06.2022 20:44 618
Premyer-liqa
“Səbail” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

"Football-plusmaz" xəbər verir ki, paytaxt klubu gənc yarımmüdafiəçisi Ədilxan Qarəhmədovla sözləşməni yeniləyib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı futbolçu 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Səbail”də daha öncə Adil Nağıyev və Ruslan Hacıyevlə də yeni müqavilə imzalanmışdı.