İspaniya klubunda yeni baş məşqçi

10.10.2023 20:51 198
Dünya futbolu
“Almeriya”da baş məşqçi vəzifəsi ilə bağlı problem yoluna qoyulub. İspaniya klubunun rəhbərliyi yerli mütəxəssisə üstünlük verib.

"Football-plus.az" xəbər verir ki, komandaya Qayska Qaritano təyinat alıb. Onunla imzalanan müqavilənin müddəti növbəti mövsümün sonunadək razılaşdırılıb. 48 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində sentyabrın 29-da istefaya göndərilən Visente Morenonu əvəzləyib. Qaritanonun sonuncu iş yeri “Eybar” olub.

Qeyd edək ki, “Almeriya” hazırda La Liqanın turnir cədvəlində 9 oyuna 3 xal toplayıb və sonuncu - 20-ci yeri tutur.