Belə ki, əldə etdiyimiz məlumata görə, “Turan Tovuz” 30 yaşlı müdafiəçi ilə maraqlanır. Karyerası ərzində “Argentinos”, “San Martin”, “Asteras”, “Rotor”, “Hermannstadt”, “Gaz Metan”, və “Voluntari” klublarında çıxış etmiş Patrisio 276 oyuna 9 qol vurub.
Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün “Turan Tovuz”un mətbuat xidməti rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq:
“Hazırda komandanın əsas hədəfi baş məşqçi cəlb etməkdi. Məşqşi təyinatından sonra futbolçu ilə bağlı danışmaq olar”.
ƏSƏD SEYİDOV





