Qadın futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Football-plus.az” Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının 1-ci qrupunda Türkiyə kollektivini qəbul edib. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayıb. Görüş komandamızın minimal hesablı qələbəsi ilə nəticələnib - 1:0.
Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub - 0:1. Milli dörd turdan sonra 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidi.
Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.