AÇ-2025: Qadınlardan ibarət millimizin rəqibləri bəlli oldu

5.03.2024 16:40 199
Yığma
Qadın futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, AÇ-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.