Yığma komandamız Türkiyəyə uduzdu

1.06.2024 11:07 160
Yığma
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünən Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

“Football-plus.az” xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Görüş "Ərzincan 13 Şubat" şəhər stadionunda keçirilib. Matçı fransalı referi Aleksandra Kollin idarə edib..

Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.

Əlavə edək ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.

21:00. Türkiyə - Azərbaycan - 1:0
Qol: Ebru Topçu, 43-pen.

Baş hakim: Aleksandra Kollin