"Qarabağ"da yeni müqavilə

2.02.2024 22:50 206
Premyer-liqa
"Qarabağ" Leandro Andrade ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Ağdamlılarla kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinir.