• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ranyeri ilə sequndaya yuvarlanan möhtəşəm heyət!

Dünya futbolu

1-06-2024, 22:0

Mayın 23-də - “Fiorentina” ilə ev oyununda “Kalyari”nin qocaman baş məşqçisi Klaudio Ranyerinin emosional vidasının şahidi olduq.

Futbolda iz qoymaqla yanaşı, 72 yaşlı mütəxəssisin karyerasında təzadlar da çoxdu. Bu təzadlardan birini dəfələrlə dilə gətirmişəm. Bir daha bölüşmək yerinə düşər. Məncə, Ranyerinin 2000-ci ildə "Atletiko"nun La Liqanı tərk etməsinə səbəb olduğu (martda qovulmuşdu) komanda sırf heyət cəhətdən 2016-cı ildə İngiltərədə çempionu etdiyi "Lester"dən daha zəngin, potensiallı və keyfiyyətli idi. "Tülkülər"in çempion heyətini, yəqin ki, az-çox xatırlayırsız. Mən isə "Atletiko"nun 2000-ci ildə sequndaya yuvarlanan heyətindən bəzi futbolçuları qeyd edəcəm.

Cimmi Floyd Hasselbaynk
Həmin mövsüm ümumilikdə 47 oyunda 35 qol vurmuş niderlandlı forvard La Liqada sona qədər bombardirlik uğrunda yarışmış və yekunda 24 qolla Salvadan 3 top geri qalmışdı. Kubokda isə bu göstəricidə zirvədə yer almışdı. Cimminin 1999-cu ildə Ouen və York ilə premyer-liqanın şərikli bombardiri (18 qol), Berqkampla birlikdə isə həm də ən yaxşı assistenti (13) olduğunu da vurğulamağa dəyər. Bütün bunları o, "Lids"in heyətində bacarmışdı. "Atletiko" sequndaya düşəndən sonra yenidən İngiltərəyə - bu dəfə "Çelsi"yə yollanan forvard 2001-ci ildə də premyer-liqanın bombardiri olmuşdu. Özü də bu dəfə 23 qol vurmaqla təkbaşına. Həmin dövrdə Klyuvert və Van Nistelroy fürsət yaradanda Niderland yığmasında da çıxış edirdi.

Kiko
1992-ci ilin olimpiya çempionu. 90-cı illərdə həm "Atletiko"nun, həm də İspaniya yığmasının hücumçusu. Fernando Torresin və Daniel Gizanın məşhurlaşmış qol sevinci məhz Kikodan ilhamlanmışdı. O, madridlilərin Simeone dövrünə qədər qazandığı son çempionluğun (1996) da memarlarından biri idi.

Xose Mari
Daha çox "Milan" və "Vilyarreal"dakı oyunu ilə xatırlanan hücumçu da həmin mövsüm (hələ gənc və perspektivli) "Atletiko"nun uğurları üçün çalışırdı.

Xuan Karlos Valeron
"Deportivo"nun əfsanəsi, bir müddət İspaniya yığmasının da əsas pleymeykeri, maestro! Məhz onun gəlişindən sonra "Depor"a çempionluq yaşatmış "Sehrbaz" ləqəbli Calminyanın ehtiyat oyunçular skamyasındakı günləri başlamışdı.

Ruben Baraxa
Onun 2000-ci illərdə Albelda ilə "Valensiya"da formalaşdırdığı orta xətt tandemi kluba iki dəfə İspaniya çempionluğu qazandırmışdı. Onlar bir müddət yığmada da əsas söz sahibi idilər. Təbii ki, Baraxa üçün 2001-ci ildə məğlubiyyətlə bitən ÇL finalını da xatırlamağa dəyər. Hazırda "yarasalar"ın baş məşqçisi olan Ruben klubun əfsanələrindən sayılır.

Xuan Kapdevilya
Dünya və Avropa çempionu 2004-cü ildə "Depor"la ÇL-də finalın biraddımlığında dayanmışdı. "EuroDepor" ləqəbli komandanın vacib parçalarından olmuş Kapdevilya sonradan Avropada yaxşı çıxış etmiş daha bir İspaniya klubunun - "Vilyarreal"ın əsas oyunçularından sayılırdı. Yığmadakı uğurlarını isə hamınız gözəl xatırlayırsız.

Radek Beybl
Çexiya yığmasının sabiq baş məşqçisi Duşan Uhrin deyirdi ki, yığmanın AÇ-96-da finala qədər irəliləməsində ən böyük pay sahiblərindən biri gözə az görünsə də, məhz sözügedən dayaq yarımmüdafiəçisidi. Məhz onun müdafiənin önündə apardığı "təmizlik” işləri sayəsində Nedved, Poborski, Berger, Kuka, Şmitser və başqaları ön xətdə parlayırdılar.

Santyaqo Solari
"River Pleyt"in yetirməsi olan Solari sonradan "qalaktikos"un da bir parçasına çevriləcək. "İnter"in heyətində A seriyasında qalib olmuş yarımmüdafiəçi həm Libertadores Kubokunu (1996), həm də ÇL-i (2002) qazanmış azsaylı futbolçulardandı.

Karlos Qamarra
İki əsrin qovuşduğu dönəmdə Qamarra Arse, Ayala və Çilavertlə birlikdə Paraqvay yığmasında dünya futbolunun ən etibarlı arxa xətlərindən birini formalaşdırmışdı. İnanmırsızsa, Fransa (1998) və Almaniyadan (2002) soruşun. Mərkəz müdafiəçisi olmasına baxmayaraq, DÇ-98-də bir dəfə də qaydanı pozmamış Qamarranın yığmada komanda yoldaşı Selso Ayala da həmin mövsüm "Atletiko"nun uğurları üçün çalışırdı.

Xose Şamot
Argentina yığmasının heyətində üç dünya çempionatında iştirak etmiş müdafiəçi üçün Nesta "gəncliyimdə "Latsio"da ondan çox şey götürmüşəm" deyirdi. Nesta mənim gördüyüm ən yaxşı mərkəz müdafiəçilərinin başında gəlir. Onun bu sözləri deməsi kifayətdi.

Xose Molina
Daha bir "Depor" əfsanəsi. Yığmada da yer alan Molina 1996-cı ildə "Atletiko" ilə ölkə çempionluğu yaşamışdı.

Santi və Karlos Agilera
Bu arxa xətt oyunçuları birlikdə "Atletiko"da 600-dən çox oyun keçirib. Santi mərkəz müdafiəçisi idi. Agilera isə tək Madrid təmsilçisində yox, İspaniya yığmasında da (DÇ-98) müdafiənin sağ cinahında çıxış edirdi.

ELZAMİN HACIYEV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

23-05-2024, 16:0

Ranyeri məşqçiliklə vidalaşdı

Dünya futbolu

24-05-2024, 12:0

Ranyeri karyerasını bitirdi

Dünya futbolu

26-05-2024, 23:0

Ranyeri “Kalyari”ni məğlub tərk etsə də...

Dünya futbolu

23-12-2022, 22:0

Ranyerinin yeni işyeri bəlli oldu

Aktual
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Son xəbərlər
  • Bu gün, 19:21
    "Sumqayıt"ın rəqibləri bilindi
  • Bu gün, 18:50
    "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Bu gün, 18:30
    "Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!
  • Bu gün, 18:10
    Dünya çempionatının antirekordçusu oldu
  • Bu gün, 17:39
    Salah üçün növbəti mükafat
  • Bu gün, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Bu gün, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Bu gün, 15:23
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Bu gün, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Bu gün, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Bu gün, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Bu gün, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Bu gün, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Bu gün, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Bu gün, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Bu gün, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Bu gün, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Bu gün, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Bu gün, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 20:34
    MS-ni tərk edə bilər
  • Dünən, 20:04
    Millimiz İrlandiyaya uduzdu
  • Dünən, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 164
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 139
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə