İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
72 yaşlı Renyerinin karyerasında sonuncu klubu 2023-cü ildən rəhbərlik etdiyi İtaliya “Kalyari”si olub. Bu komanda 2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında A Seriyasında 15-ci yeri tutub.
Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/16 mövsümü) İngiltərə çempionu olub. 1995/96 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/97 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/99), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.