“Football-plus.az” olaraq, onun hazırkı durumunu öyrənməyə çalışdıq. Bu dəfə zəngimizə Quliyevin həyat yoldaşı cavab verdi:
“Hazırda vəziyyəti yaxşıdı. Bilindiyi kimi, o, bir neçə ilə əvvəl ürəyindən əməliyyat olunmuşdu. Son vaxtlar artıq çəki səbəbindən həm ürəyində, həm də qaraciyərində piylənmə baş verdiyinə görə reanimasiyaya yatırıldı. Artıq iki gündü reanimasiyadan çıxıb, evdədi. Həkimlərin dediyinə görə Kamala çox danışmaq olmaz. Elə özümüz də onunla, sadəcə, bir-iki cümlə danışırıq”.
KAMAL SƏFƏR




