Vüqar Samir Abasovun qərarını gözləyir

4.04.2024 17:55 190
Aktual / Ölkə futbolu
“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev ötən ilin sonlarında çarpaz diz bağlarından əməliyyat olunduğuna görə uzun müddətdi yaşıl meydanlardan uzaqdı.

“Football-plus.az” olaraq, futbolçunun hazırkı psixoloji və fiziki durumunu, eləcə də komanda ilə məşqlərə qoşulub-qoşulmadığını öyrənməyə çalışdıq. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev saytımıza belə açıqlama verdi:

“Vüqar artıq sağalıb, bir müddətdi komanda ilə birgə məşq edir. Baş məşqçinin qərar verdiyi, istədiyi vaxt meydana çıxacaq”.

Xatırladaq ki, 29 yaşlı müdafiəçi sonuncu dəfə 18-ci turun “Sumqayıt” - “Səbail” (1:0) matçında meydanda olub.

KAMAL SƏFƏR