“Fərdi qaydada məşq edir” - “Neftçi”nin dalağı partlamış oyunçusunun durumu

22.05.2024 14:11 223
Aktual / Ölkə futbolu
Ötən ilin dekabrında “Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizovun əməliyyat olunduğunu xəbər vermişdik.

Buna səbəb isə AFFA U-15 liqasının 15-ci turunda “Ulduz Mingəçevir”ə qarşı görüşdə Nurəzizin rəqib komandanın futbolçusu ilə toqquşmada qarın boşluğundan zərbə alması, dalağının partlaması idi. Gənc qolkiperin sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün “Neftçi”nin mətbuat xidməti ilə əlaqə saxladıq. Xəyalə Şahlarlı “Football-plus.az”a oyunçunun durumunu belə şərh etdi:

“Hazırda Nurəzizin vəziyyəti yaxşıdı. Tam sağalıb və həkimlərin göstərişiylə də artıq bir aydı məşqlərə başlayıb. Sadəcə, həkimlərin məsləhəti ilə fərdi qaydada məşq edir. Yəni hələ ki komandayla birgə məşq prosesini bərpa etməyib. Buna baxmayaraq, futbolçumuz qısa müddətdən sonra komanda ilə birgə məşqlərə start verəcək”.

KAMAL SƏFƏR