O, yeni açıqlanan yekun olimpiya reytinqində 52-ci yerdə qərarlaşıb. Rostislavın lisenziyasını Dünya Triatlonu təsdiqləyib. Xatırladaq ki, Pevtsov üçüncü dəfə Olimpiadada iştirak edəcək.
Bu arada qılıncoynadanımız Anna Başta da Paris Olimpiadasına lisenziya qazanıb. İdmançı bu barədə şəxsi “instaqram” hesabında yazıb. Sablyaçı turnirdə iştirak hüququ qazandığını vurğulayıb. O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib. Anna Avropa çempionatı, Dünya Kuboku və “Qran-pri”lərdəki çıxışına görə bu hüquqa sahib olub:
“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən Olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə FIE-yə təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya Kuboku və “Qran-pri”dəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”.



