Təəssüf ki, yunan-Roma və qadın güləşçilərimiz evdə uğurlu ola bilmədi. Amma onların Türkiyədə keçiriləcək Olimpiya Təsnifat turnirində vəziyyəti düzəltmək imkanı var. Bəs qonşu ölkədə neçə neçə lisenziya qazana bilərik? “Football-plus.az” bununla bağlı fikirlərini öyrənmək üçün Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı ilə əlaqə saxlayıb:
"Təsnifat turniri mayın 9-12-si aralığında İstanbulda keçiriləcək. Orda hər çəkidə 3 idmançı Olimpiadaya lisenziya qazanacaq. Artıq bütün qitələrdən idmançılar olacaq. Biz həmin yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunacağıq. Onlardan 5-i qadın, 4-ü isə yunan-Roma güləşçisidi. İndidən proqnoz vermək çətin olsa da, fikirləşirəm ki, iki növdə ən azı 4 lisenziya gözləməyə dəyər. Mariya Stadnikin də Yay Olimpiya Oyunlarına lisenziya alacağını gözləyirik".
GÜNAY SÜLEYMANOVA




