Bu gün 1-ci liqada artıq 18-ci tura start verilib. Günün ilk oyunu Şamaxıda keçirilib. Eyniadlı komanda lider "Qaradağ Lökbatan"ı qəbul edib. Növbəti matçda "İmişli" "Araz Saatlı"nı sınağa çəkib.
"Football-plus.az" xəbər verir ki, "İrəvan" - "Zaqatala", MOİK - "Difai Ağsu" və "Mingəçevir" - "Karvan" oyunları sabah keçiriləcək.
13 mart
Şamaxı – Qaradağ Lökbatan 2:2
Elşad Tağıyev, 64. Salman Ələsgərov, 82 – Xəlil Bəşirov, 38. Rayan Guibero, 72.
İmişli – Araz Saatlı 4:1
Həsrət İsayev, 1. Həmzə Əliyev, 45+2-öz qapısına. Elnur Cəfərov, 74. İbrahim Əliyev, 77 – Ceyhun Rəcəbli, 56.
Xal durumu: Qaradağ Lökbatan – 36, İmişli – 35, Şamaxı – 34, MOİK – 32, Karvan – 27, İrəvan – 23, Zaqatala – 19, Mingəçevir – 18, Difai Ağsu – 12, Araz Saatlı – 4.
Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 12, Elmir Rəhimzadə (MOİK) – 11, Emin Zamanov (Şamaxı) – 9.