“Qəbələ”nin futbolçusu uzun müddət oynamayacaq

29.05.2024 11:13 161
Ölkə futbolu
“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Onun təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.