“Yuventus”u tərk etdi

28.05.2024 20:40 170
Dünya futbolu
Aleks Sandro artıq “Yuventus”un oyunçusu sayılmır.

“Football-plus.az” xəbər verir ki, braziliyalı müdafiəçi İtaliya klubundan ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aleks Sandro “Yuventus”da 2011-ci ilin iyulundan oynayırdı. 33 yaşlı futbolçu son mövsümdə 18 matçda iştirak edib və 1 qol vurub. Onun turinlilərlə 5 dəfə ölkə çempionu olduğunu da xatırladaq.