Yayda “Yuventus”u tərk edəcək

14.02.2024 11:54 178
Dünya futbolu
Aleks Sandronun məsələsinə aydınlıq gəlib.

O, yayda “Yuventus”u tərk edəcək. İnsayder Nikolo Skira braziliyalı müdafiəçinin müqaviləsinin yenilənməyəcəyini xəbər verib. Bu isə o deməkdi ki, Aleks Sandro iyunun 30-da azad agent statusu qazanacaq.

33 yaşlı futbolçu İtaliya klubunda 2015-ci ildən çıxış edir. Onun vətəninə qayıtmaq şansı var: müdafiəçi ilə Braziliyanın iki klubunun maraqlandığı məlumdu.