 
Rusiya və Ukrayna arasında gedən müharibəyə bir çox futbolçular kimi Keylor Navas da biganə qalmayıb.
PSJ-nin 35 yaşlı qapıçısı Ukraynanı tərk edən məcburi köçkünlərə kömək edib. “Diario Sport”un məlumatına görə, Kosta Rika yığmasının oyunçusu Parisdəki evində 30 nəfərə sığınacaq verib. Futbolçu villasındakı kino zalında 30 çarpayı yerləşdirib. Keylorun həyat yoldaşı Andrea Salas ukraynalılar üçün yemək hazırlayaraq onlarla birlikdə Tanrıya dua edib.