Çempion məşqçi ilə müqavilə yeniləndi

11.05.2023 00:30 215
Dünya futbolu
Vensan Kompani ilə bağlı şayiələrə son qoyulub. O, “Bernli” rəhbərliyinin yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, xatırladaq ki, Kompaninin baş məşqçisi olduğu komanda çempionşip adlanan liqada mövsümün sonuna bir neçə tur qalmış premyer-liqaya vəsiqəni təmin edib. 37 yaşlı belçikalı “Bernli”ni 2022-ci ilin iyunundan çalışdırır. O, “Çelsi” və “Tottenhem”in maraq dairəsinə düşsə də, hazırkı klubu ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzadıb.

Yeri gəlmişkən, Kompani İngiltərə çempionatının 2-ci divizionunda mövsümün ən yaxşı məşqçisi seçilib. O, fərdi mükafat uğrunda mübarizədə Maykl Kerriki (Midlsbro) və Mark Robinsi (Koventri) arxada qoyub.