Runi üçün yeni təyinat

26.05.2024 18:30 165
Dünya futbolu
Ueyn Runinin yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, 38 yaşlı ingilis mütəxəssis “Plimut Arqayl”a təyin olunub. Klubun saytının məlumatına görə, Runinin çempionşip təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

O, məşqçilik karyerası ərzində “Derbi Kaunti”, “Di Si Yunayted”, “Birmingem Siti” komandalarına başçılıq edib. “Plimut Arqayl” çempionşipin son mövsümünü 21-ci yerdə başa vurub.