Primeyra liqanın ən yaxşı oyunçusu seçildi

7.07.2022 22:12 322
Dünya futbolu
Portuqaliya çempionatında 2021/22 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu nöminasiyada “Benfika”nın sabiq hücumçusu Darvin Nunyes qalib gəlib. Uruqvaylı futbolçu primeyra liqada meydana çıxdığı 28 oyunda 26 qol vurmuş, 4 məhsuldar ötürmə vermişdi.

Əlavə edək ki, Nunyes bu yay “Liverpul”a satılıb.