• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elvin Camalov: “Buna nəyinsə mane olmasına imkan verməməliyik” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

25-05-2024, 15:0

“Sabah” Misli premyer-liqasının 35-ci turunu 55 xalla turnir cədvəlinin 4-cü pilləsində tamamladı.

Masazır təmsilçisi “Zirə” ilə eyni xala sahib olsa da, şəxsi oyunların nəticəsinə görə 3-cü sıradan məhrumdu. Hətta bu statistika “tələbələr”i mövsümün ikincisi etməkdən də məhrum edə bilər. Bu azmış kimi, “Sabah”ı “futbol ili”nin son matçında çətin sınaq gözləyir. Renduliçin komandası mayın 25-i, saat 19.00-da “Neftçi”nin qonağı olacaq. Elə bir matçdan bəhs edirik ki, 90 dəqiqənin sonunda tərəflərdən biri avrokuboklara yollanacağını rəsmiləşdirəcəksə, digəri ilk “dördlük”dən kənarda qala bilər! Xüsusən də “Sabah” bu gün ciddi təzyiq altındadı. Bəs “tələbələr” özünü necə hiss edir? Qarşıdakı taleyüklü görüşə hazırlıq nə yerdədi? Bu və başqa suallar ətrafında masazırlıların kapitanı Elvin Camalovla söhbət etdik.

– 35-ci turda “Sumqayıt”la gərgin mübarizədən qalib ayrıldız. Riyazi cəhətdən bu, əsas işin yarısının görülməsi deməkdi. Oyun haqda fikirlərin necədi?
– Bəli, bizim üçün çox vacib oyun idi. Hamı matçın məsuliyyətini yaxşı dərk edirdi. Məncə, komanda olaraq, yaxşı mübarizə apardıq. Əsas məsələ istəkli çıxış etmək idi ki, bunu da bacardıq. Çox şükür, məqsədimizə çatmaq üzrəyik.

– Qarşıdan çətin “Neftçi” – “Sabah” görüşü gəlir. Düşərgədə əhval-ruhiyyə necədi?
– Matç final dəyərindədi. Hər iki komanda yalnız qələbə üçün meydana çıxacaq. İşlərimiz qaydasındadı. Şükür Allaha, hansısa problem yoxdu. Ümid edirəm ki, meydandan bizə lazım olan nəticəylə ayrıla biləcəyik. Buna nəyinsə mane olmasına imkan verməməliyik. Hər kəs bütün fikrini məhz bu oyuna yönəldib. Əlimizdən gələni edirik ki, qarşılaşmaya ən yüksək səviyyədə hazır olaq.

– “Sumqayıt”la matçda tribunalarda 2300 azarkeş əyləşmişdi. Səncə, səfərdə də bu qədər tərəfdar sizi dəstəkləməyə gələcək?
– Fürsətdən istifadə edib son oyunda komandamıza dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Onların varlığı bizdə əvəzolunmaz hisslər yaradır. Düzdü, ev və səfər görüşləri arasında azarkeş sayına görə fərq olur. Lakin tərəfdarların qarşıdakı oyunda da bizi tək qoymayacağına inanıram. Məncə, bu yöndə problem olmayacaq. Biz də qələbə qazanaraq azarkeşlərimizi sevindirəcəyik.

– Mövsümü ilk “dördlük”də bitirməmək təhlükəsiylə üz-üzəsiz. Qorxduğunuz başa gəlsə, bunda 34-cü turda “Qəbələ”yə məğlubiyyətin rolu nə dərəcədə olacaq?
– Gəlin, mövsümü bir oyunla əlaqələndirməyək. Məncə, bu, düzgün yanaşma deyil. 35 tur ərzində xal itirdiyimiz başqa oyunlar da olub. Bütün komandaların başına gələ biləcək hadisədi. Heç kimə sirr deyil ki, premyer-liqada rəqabət artıb. Bu gün hər kollektiv digərini məğlub etmək əzmindədi. Dəfələrlə belə halların şahidi olmuşuq.

– Son 6 turda bir dəfə məğlub olmusuzsa, beş qələbə qazanmısız. Komandanın toparlanmasını Murad Musayevlə əlaqələndirənlər də var, Krunoslav Renduliçlə də. Sənin fikrin necədi? Hansı ciddi dəyişiklik yüksəlişə səbəb oldu?
– Baş məşqçiləri müqayisə etmək istəməzdim. Hər mütəxəssisin öz oyun üslubu, dəst-xətti var. Öz adıma danışası olsam, mənə həm Musayevlə, həm də Renduliçlə çalışmaq xoşdu. Sadəcə, mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Şanslar azaldığından hər oyunu sonuncu fürsət kimi dəyərləndirirsən.

– Əlbəttə, mövqeyinə görə qol vurmaq öhdəliyin yoxdu. Cari mövsümdə meydana çıxdığın 25 matçda cəmi bir məhsuldar ötürməylə yadda qalmısan. Bunu nə ilə izah edirsən?
– Hər futbolçunun vəzifəsi komandasına maksimum kömək etməkdi. Bunu ya qol vurmaqla, məhsuldar ötürmə verməklə, ya da arxa xətdə etibarlı çıxışla edə bilərsən. Mən də öz növbəmdə əlimdən gələni etməyə çalışıram. Bilindiyi kimi, mövqeyimlə bağlı meydandakı tapşırığım fərqlidi. Qol vurmaq isə oyunun gedişində ələ düşən fürsətlə bağlı məsələdi. Əsas komandama faydalı olmaqdı. Bunun hansı şəkildə olmasının ciddi əhəmiyyəti yoxdu.

– Yeri gəlmişkən, cari mövsümün sonunda müqavilənin müddəti başa çatır. Klubla danışıqlara başlamısanmı? Başqa komandalardan təkliflər varmı? Ümumiyyətlə, yola “Sabah”la davam etmək istəyirsənmi?
– Düzü, hazırda qarşıdakı oyuna köklənmişəm. İndi yalnız bu barədə düşünürəm. Onu deyə bilərəm ki, “Sabah”da özümü xoşbəxt hiss edirəm. Burda olduğuma görə şadam.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-05-2024, 12:0

“Amma o demək deyil ki, “Sumqayıt” asan qələbə qazanacaq” – Aslan Kərimov

Ölkə futbolu

22-01-2024, 20:0

“Sabah”ı evdə çətin oyun gözləyir

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 18:0

Aslan Kərimov: “Səbail”lə “Turan Tovuz” üçün 4-5 xallıq fərqi azaltmaq çətin görünür”

Premyer-liqa / Manşet

10-05-2024, 22:0

“Neftçi” – “Sabah” oyununda “Qordi düyünü kəsiləcək”

Manşet / Yazarlar

14-05-2022, 10:0

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə