Təcrübəli mütəxəssis Aslan Kərimov “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın avrokubok şansını belə dəyərləndirdi:
“4 tur öncə bildirmişdim ki, “Qarabağ” xaric avrokuboklara gedən komandaları bilmək olmayacaq. Düşünürəm ki, dediyim kimi də oldu. 2-ci yerdə olan komanda 4-cü yerdədi. 4-cü yerdə olan komanda 2-ci yerə qalxdı. Hər tur dəyişə-dəyişə gedir. Yalnız sonuncu tur bilinəcək. İstənilən halda 4 komanda son turda həm məğlub ola, həm də qalib gələ bilər. “Neftçi” - “Sabah” oyunu daha gərgin keçəcək. Amma o demək deyil ki, “Sumqayıt” asan qələbə qazanacaq. Şanslarını tam itirmiş “Qəbələ” “Sabah”a qalib gəldi. “Neftçi” xal etibari ilə irəlidə görünə bilər. “Sabah”a məğlub olduğu halda, digər komandalar qalib gələrsə, 5-ci yerə düşə bilərlər. Kimin qalib gələcəyini təxmin edə bilmirəm. “Neftçi” - “Sabah” oyunundan istənilən nəticəni gözləmək olar. “Zirə” - “Səbail” matçı da gərgin keçəcək. O cümlədən, “Sumqayıt”ın oyunu da asan keçəsi deyil. Səbirsizliklə son turdakı oyunları gözləyəcəm”.
ƏSƏD SEYİDOV




