Millilərimiz növbəti oyunlarını keçirəcək

25.05.2024 14:03
İdman / Yığma
Voleybol millilərimiz bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

"Football-plus.az” xəbər verir ki, qadınlardan ibarət yığma 2-ci turun ikinci matçında İsveçlə üz-üzə gələcək.

Rumıniyadakı görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ötən gün Rumıniyaya (0:3) uduzan komanda 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub. Milli hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb.

Kişilərdən ibarət kollektiv isə Şimali Makedoniya ilə qarşılaşacaq. Belçikadakı oyun saat 19:30-da başlayacaq. Ötən gün meydan sahiblərinə yenilən (0:3) yığma Bakıdakı 1-ci turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədi.