Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, dekabrın 5-də 4-cü turun iki görüşü baş tutacaq.
Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və "Azərreyl" komandaları arasında olacaq. Oyun saat 16.00-da başlayacaq.
Saat 18.00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.