Güləşçilərimizdən 1 qızıl və 1 gümüş medal

24.05.2024 20:50 159
İdman
Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

“Football-plus.az” xəbər verir ki, yarışın 5-ci günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulur.

53 kq-da Elnurə Məmmədova finalda xalçaya çıxıb. O, çempionluq üçün ukraynalı Liliya Malançuka uduzaraq, gümüş qazanıb.

57 kq-da Jalə Əliyeva həlledici görüşdə türkiyəli Elvira Kamaloğlunu 5:3 hesabı ilə məğlub edib və çempion tituluna yiyələnib.

72 kq-da Mərziyə Sadıqova bürünc medal uğrunda mübarizə aparıb. O, türkiyəli Bukrenaz Sertə uduzaraq, çempionatı medalsız başa vurub.