“Zaqreb Open”: Həsrət Cəfərov bürünc medal qazandı

14.01.2024 02:08 168
İdman
Güləş üzrə "Zaqreb Open" turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, yığmamızın 3 üzvü xalça üzərinə çıxıb. Onlardan biri çıxışını medalla başa vurub.

Yunan-Roma güləş
63 kq


Yarışa 1/4 finaldan start verən Murad Məmmədov fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.

67 kq

Həsrət Cəfərov amerikalı Alexandro Sanço (3:1), isveçli Niklas Oehlen (9:0) və ukraynalı Oleksey Masiki (9:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda Ukraynanı təmsil edən soydaşımız, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibova (2:4) məğlub olan Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldinlə güləşib və 5:1 hesablı qələbəylə turniri üçüncü pillədə başa vurub.

Qadın güləşi
57 kq


Jalə Əliyeva 1/8 finalda çinli Kexin Honqa məğlub olub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.

Qeyd edək ki, yarışın ilk üç günündə yığmamız bir qızıl və dörd bürünc medal qazanıb. Sənan Süleymanov (77 kq) yunan-Roma güləşində çempionluq sevinci yaşayıb. Əliabbas Rzazadə və Nürəddin Novruzov (61 kq), Cəbrayıl Qadjiyev (74 kq) sərbəst, Alyona Kolesnik (59 kq) qadın güləşində üçüncü olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul