Güləşçilərimizdən 2 qızıl, 1 bürünc medal

23.04.2023 22:52 232
İdman
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, yunan-Roma güləşçilərimiz günü 3 medalla başa vurub. 72 kq çəkidə Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. 7:7 bitən görüşdə xal prinsipinə əsasən təmsilçimiz qalib gəlib.

Həsrət Cəfərov həlledici qarşılaşmada gürcüstanlı Coni Xetsuriani ilə güləşib. 67 kq çəkidə mübarizə aparan idmançımız 3:2 hesablı qələbə ilə qızıl medal əldə edib.

Nihat Məmmədli isə bürünc medal görüşünə çıxıb. 60 kq çəkidə yarışan təmsilçimiz ermənistanlı Gevorq Qaribyanla üz-üzə gəlib. 9:5 hesabı ilə qalib gələn Nihat bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul