Qadınların mundialı Braziliyada keçiriləcək

23.05.2024 18:20 146
DÇ 2026
Qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.

“Football-plus.az” zəbər verir ki, 2027-ci ilə təyin olunan mundial Braziliyada təşkil ediləcək.

Bununla bağlı qərar FİFA-nın Taylandın Banqkokda keçirilən 74-cü konqresində verilib. Braziliya təşkilatçılıq hüququ uğrunda mübarizədə mundiala şərikli evsahibliyi etmək istəyən Avropanın üç ölkəsinə - Niderland, Belçika və Almaniyaya qalib gəlib.

Xatırladaq ki, Yeni Zelandiyada 2023-cü ildə keçirilən qadınlar arasında dünya çempionatının qalibi İspaniya yığması olub.