Abasov Renduliçi niyə təbrik etmədi? - "rəqib tərəfdən heç kim ona yaxınlaşmadı"

23.05.2024 14:35 178
Premyer-liqa / Manşet
Turun mərkəzi oyununun keçirildiyi Masazırda sevinən tərəf meydan sahibləri oldu.

Avrokuboklar uğrunda mübarizə aparan hər iki komanda – “Sabah” və “Sumqayıt” üçün bu oyun olduqca əhəmiyyətli idi. Emosiyalar, aqressivlik öz yerində, oyundan sonra çalışdırıcıların bir-biriylə görüşməməsi gözdən qaçmadı. Oyunsonrası mətbuat konfransında “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç narazılığını bildirərək, məğlubiyyəti həzm etməyin və əl sıxıb təbrik etməyin lazım olduğunu bildirdi. “Sumqayıt”ın bu məsələyə münasibətin öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq:
“Samir Abasov matç bitəndən sonra öz texniki zonasından çıxdı və rəqib skamyası tərəfə ordan kimsə yaxınlaşacaq deyə baxdı. Lakin heç kim ona doğru gəlmədiyi üçün o da azarkeşlərimizə təşəkkür edib geri döndü. Geri dönərkən də bir neçə rəqib oyunçu ilə görüşdü. Amma rəqib tərəfdən heç kim ona yaxınlaşmadı”.


KAMAL SƏFƏR