"Kəpəz" legioneri ilə yolları ayırdı

17.06.2023 20:11 223
Ölkə futbolu
"Kəpəz" gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla başa çatan müqavilənin müddəti yenilənməyib.

Son mövsümdə Giorgi Kantariya çempionatda 31 oyuna çıxıb və 2 qol ötürməsi verib.

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiçlə yolları ayırıb.