Azərbaycan çempionu məşqçiliyə başladı

22.02.2023 15:05 223
Dünya futbolu
Azərbaycanda Bakı "İnter"i (indiki "Şamaxı") və "Neftçi"də çıxış etmiş Giorgi Navalovski məşqçiliyə başlayıb.

Football-plus.az xəbər verir ki, bu barədə "Saburtalo" klubunun saytı məlumat yayıb.

Məlumata görə, Navalovski həmin klubda baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.

Qeyd edək ki, Giorgi 2009-2010 mövsümünün ikinci yarısında "İnter"də icarə əsasında çıxış edib və Azərbaycan çempionu olub. 2016-2017 mövsümündə "Neftçi"də oynayan futbolçu "ağ-qaralar"ın heyətində 13 matça çıxıb. O, keçən ilin dekabrında futbolçu karyerasını başa vurub.