Adı çəkilən futbolçuların hüquqlarını vəkil Elcan Həsənli qoruyur. O, Apellyasiya Arbitraj Tribunalının qərarıyla razılaşmadığını, yenidən şikayət edəcəyini bildirib. Bəs bu məsələ ilə bağlı hansısa yenilik olubmu? Elcan Həsənlinin “Football-plus.az”a cavabı:
“Apellyasiya Arbitraj Tribunalı əsaslandırılmış qərarı vaxtından gec göndərdi. Lozannadakı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik. Bununla bağlı zəruri sənədləşdirmə işlərini həyata keçiririk”.
ƏSƏD SEYİDOV





