Aprelin 9-da AFFA Apellyasiya Arbitraj Tribunalı qərarlarını açıqladı.
Bu qurum AFFA İntizam Komitəsinin “İrəvan”da çıxış edən Ege Atlamın danışılmış oyunlarda iştiraka görə futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük, onun komanda yoldaşı Kamal Mirzəyevin danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə biri şərti olmaqla 2 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi haqda qərarını dəyişməyib. Adı çəkilən futbolçuların hüquqlarını qoruyan vəkil Elcan Həsənli qərarla razılaşmadığını, yenidən şikayət edəcəyini bildirmişdi. Lakin İntizam Komitəsinin qərarının onlara rəsmi şəkildə təqdim olunmadığını bildirmişdi. "Football-plus.az" olaraq, Elcan bəy ilə yenidən əlaqə saxlayıb, son durumu öyrəndik. O isə bizə cavabında "təəssüf ki, hələ də qərar bizə rəsmi şəkildə təqdim edilməyib, bu işdə heç bir dəyişiklik yoxdu" dedi.
GÜNAY SÜLEYMANOVA