Rahil yenə uduzdu

21.05.2024 11:45 161
Dünya futbolu
Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

Onun formasını geyindiyi LKS “Zaqlebye”nin qonağı olub.

“Football-plus.az” xəbər verir ki, Rahilin start heyətində yer aldığı qarşılaşma rəqib komandanın qələbəsi ilə başa çatıb. Lodz təmsilçisi 1:2 hesabı ilə uduzub. Bu, LKS-in ardıcıl 5-ci məğlubiyyəti olub.

Qeyd edək ki, 21 xal toplayan və sonuncu pillədə qərarlaşan Məmmədovun komandası Ekstraklasanı tərk edib.