Rahilin komandası uduzdu

12.05.2024 12:30 154
Dünya futbolu
Polşa çempionatında 32-ci turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS səfərdə “Pyast”la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Rahil oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

LKS hazırda 21 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın yüksək liqanı tərk edəcəyi dəqiqləşib.