Rahildən növbəti qələbə

27.01.2024 10:00 180
Dünya futbolu
Rahil Məmmədov LKS-in heyətində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Lodz klubu “Qanqvun”a (Cənubi Koreya) qalib gəlib.

Antalyada hazırlıq keçən LKS-in “Radniçki 1923”lə (Serbiya) planlaşdırılan yoldaşlıq oyunu baş tutmayıb. Nəticədə Rahilin komandası koreyalılarla qüvvəsini sınayıb və 3:2 hesabı ilə üstün olub. Məmmədov start heyətində yer alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl LKS-lə müqavilə bağlayan Rahil komandasının “Atırau” (Qazaxıstan) ilə keçirilən yoxlama matçında da ilk dəqiqədən meydan olub.