Polşa çempionatında 26-cı turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS səfərdə lider "Yaqelloniya"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Rahil də bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
26 turdan sonra 17 xal toplayan LKS turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.