Rahilin komandası qələbə qazandı

12.03.2024 00:20 175
Dünya futbolu
Millimizin futbolçusu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı müdafiçənin formasını geyindiyi LKS komandası səfərdə "Varta" ilə qarşılaşıb.

Rahil start heyətində başladığı oyunu əvəz olunmadan keçirib. Lodz təmsilçisi bu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Rahilin komandası 24 oyunda topladığı 16 xalla 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, onun komandası növbəti oyununu martın 17-si "Rakov"a qarşı keçirəcək.