Tyaqo Alkantara mövsümün sonunda iş yerini tərk edəcək.
İngiltərə mənbələri onun “Liverpul”dan ayrılacağını xəbər verir. İspaniyalı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Rəhbərlik uzun müddət oynaya bilməyən Tyaqoya yeni təklif irəli sürməyi lazım bilməyib.
Əlavə edək ki, ötən mövsüm bud nahiyəsindən zədə alan futbolçu gələn ilin yanvarına kimi yaşıl meydana qayıda bilməyəcək. 32 yaşlı futbolçu bu ilin mayında zədələnib. Alkantara bu səbəbdən cari mövsümdə meydana çıxmayıb.