“Nitsa” evdə PSJ-yə uduzsa da, 5-ci yerdən aşağı düşməyəcək.
“Football-plus.az” xəbər verir ki, bu isə komandanın yayda Avropa Liqasında oynayacağı deməkdi. “Nitsa”nın məğlubiyyəti “Brest”in də işinə yaradı. Bu komanda son turdakı nəticədən asılı olmayaraq, ilk “4-lük”dən kənar düşməyəcək. Erik Ruanın yetirmələri ən azı ÇL-in 3-cü təsnifat mərhələsində oynayacaq. Düzdü, onların son turda “Lill”i 3-cü pillədən sıxışdırmq imkanı da var. “Brest” indiyə qədər avrokuboklarda iştirak etməyib.
32-ci turdan təxirə salınan oyunlar
Nitsa – PSJ 1:2
Şo, 31 – Barkola, 18. Zaqe, 22. (33818)
PSJ: Tenas, Zaqe, Markinyos, Şkrinyar, Beraldo, Zair-Emeri, Vitinya, Ruis (Soler, 84), Li Kan İn (Asensio, 71), Ramuş (Mayulu, 71), Barkola.
Reyms – Marsel 1:0
Mbemba, 33-öz qapısına. (19020)
1. PSJ – 73... 5. Nitsa – 54... 8. Marsel – 47... 10. Reyms – 44...
Bombardir: K.Mbappe (PSJ) – 27.