Faiq Qarayev Sloveniyaya 14 voleybolçu aparıb

11.05.2024 21:00 161
İdman
Qızıl Avropa Liqasına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət yığmanın mayın 9-da Sloveniyaya yollandığını xəbər vermişdik.

Maribor şəhərində keçiriləcək toplanışla bağlı daha ətraflı məlumat almaq üçün Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya müraciət etdik:

“Yığma orda Avstriya ilə yoldaşlıq oyunu keçirəcək. Komandamız səfərə 14 oyunçu ulə yollanıb: hücumçular - Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova; blokçular - Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova; toppaylayıcılar - Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva; liberolar - Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova.


Qeyd edək ki, yığma daha sonra Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcək.

GÜNAY SÜLEYMANOVA